İqlim dəyişikliyi Xəzər lotosunu solduracaqmı?

post-img

Öz fəsadları ilə dünyanın bütün qitələrində günün mühüm mövzusuna çevrilən qlobal istiləşmə alimlərin və təbiətsevərlərin bir çox məsələlər barədə həyəcan zəngi çalmasına səbəb olur. 

Təbiətşünas alimlər Xəzərin şimal sahillərində – Volqa çayının deltasın­da hər bahar minlərlə insanın qəlbini və gözünü oxşayan Xəzər lotosu üçün də həyəcanlı dövrün başlandığını qeyd edirlər. Mütəxəssislərin fikrincə, Şimal­da buzlaqların əriməsi Volqanın sulu­luğunun artmasına səbəb olsa da, bu fakt deltanın florasının sabahı üçün ümidverici proqnozlar yarada bilir. An­caq ümidlər nə qədər böyük olsa da, əminlik üçün əsas deyil. 

Çünki Volqa çayı Rusiyanın səna­ye, gəmiçilik, enerji və ən mühüm su yollarından biridir.Yəni bu çayın illər­dən bəri çirklənməsi şəksizdir. Hətta belə rəylər var ki, deltanın ekosistemi süniləşir. Ona görə də həmin ərazinin florasını çətin günlər gözləyir. Aydın məsələdir ki, Xəzər lotosu dənizin di­gər sahillərində yetişə bilməz. Ona mütləq şirinsulu sahillər lazımdır. İnanı­rıq ki, iqlim dəyişiklikləri bu təbii gözəli soldura bilməyəcək. 

İldırım İSMAYIL, “Xalq qəzeti”

Ekologiya