Niderlandda hantavirusla iş zamanı buraxılan səhvlərə görə 12 tibb işçisi təcrid olunub

post-img

Niderlandın Neymegen şəhərindəki "Radbud" tibb mərkəzinin 12 əməkdaşı hantavirusa yoluxmuş xəstədən qan alınması və biomaterialın utilizasiyası zamanı yol verilən səhvlər səbəbindən karantinə göndərilib. RTL-in xəstəxananın bəyanatına istinadən verdiyi məlumata görə, tibb işçilərinin yoluxma riski aşağıdır.

Xəstə göyərtəsində hantavirus alovlanması baş verən MV Hondius kruiz laynerinin sərnişini olub. Qan götürülərkən tibb işçiləri standart proseduru izləsələr də, bu vəziyyətdə daha ciddi ehtiyat tədbirləri tələb olunurdu. Daha sonra məlum olub ki, personal xəstənin sidik ifrazatının utilizasiyası zamanı müasir beynəlxalq qaydalara əməl etməyib. Tibb işçiləri altı həftə karantində qalacaqlar. Tibb müəssisəsinin rəhbərliyi gələcəkdə belə səhvlərə yol verməmək üçün tədbirlər görüləcəyini vəd edib.

MV Hondius gəmisində 23 ölkədən 147 nəfər olub. Ümumdünya Səhiyyə Təşkilatı sərnişinlər arasında yeddi hantavirusa yoluxma halını təsdiqləyib. Üç nəfər dünyasını dəyişib. Mayın 11-də gəmidəki sərnişinlərin təxliyyəsi başa çatıb. Hazırda göyərtədə 25 ekipaj üzvü və tibb işçisi qalır. Mayın 17-də MV Hondius dezinfeksiya üçün Niderlanda gəlməlidir.

S.ELAY

XQ

Dünya