Birləşmiş Millətlər Təşkilatı bildirib ki, UNIFIL sülhməramlı qüvvələrinin mandatı bu ilin sonunda başa çatdıqdan sonra Livanda mövcudluğunu qorumaq “məsələsi üzərində işləyir”.
BMT-nin sülhməramlı əməliyyatlar üzrə baş katibinin müavini Jan-Pyer Lakroua bildirib ki, “UNIFIL missiyasının sonu ilə bağlı vəziyyətə gəldikdə, hazırda bu variantlar üzərində işləyirik”, Livan hökuməti isə “BMT-nin mövcudluğunu qorumaq istədiyini çox açıq şəkildə bildirib”.
BMT-nin Livandakı müvəqqəti qüvvələri 1978-ci ildən bəri İsrail və Livan arasında sülhməramlı qüvvə kimi xidmət edir, lakin İsrail qüvvələri ilə Hizbullah arasındakı qarşıdurmada atəş altına düşür.
UNIFIL 47 ölkədən təxminən 8200 hərbçidən ibarətdir. Son günlərdə onlar beş hərbçi itirib: iki Fransa vətəndaşı və üç indoneziyalı.
P.ƏMİRCANOV
XQ

