Türkiyə və Böyük Britaniya strateji müttəfiqlik sənədi imzalayıb

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Strateji Tərəfdaşlıq üzrə Çərçivə Sənədini imzalayıblar. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb. 

Məlumatı “Anadolu” verib. 

Türkiyənin NATO üzrə müttəfiqi və strateji tərəfdaşı olan Böyük Britaniya ilə ikitərəfli əlaqələri bütün sahələrdə, xüsusən də ticarət, investisiya və müdafiə sənayesi sahələrində müsbət inkişaf edir. Türkiyə və Böyük Britaniya regional böhranlar və qlobal çağırışlar kontekstində təhlükəsizliyin, sabitliyin və rifahın təmin edilməsinə yönəlmiş sıx dialoq və koordinasiya yolu ilə həll yolları hazırlamağa çalışırlar.

Bu çərçivə sənədi təhlükəsizlikdən iqlim dəyişikliyinə, insan inkişafından elm və texnologiyaya qədər geniş məsələlərdə iki NATO ölkəsi arasında mövcud strateji tərəfdaşlığı daha da gücləndirməyi, eləcə də ikitərəfli və çoxtərəfli səviyyələrdə sıx dialoqla gücləndirilən əməkdaşlığın əhatə dairəsini genişləndirməyi hədəfləyir.

P.ƏMİRCANOV
XQ

Dünya