Rusiyanın xarici işlər naziri rəhbəri Sergey Lavrov Pekində Çin lideri Si Cinpin və həmkarı Van İ ilə danışıqlar apararaq, Moskvanın Çində yaranmış enerji çatışmazlığını aradan qaldırmağa hazır olduğuna əmin edib.
Məlumatı “Euronews” verib.
Lavrov bildirib ki, Rusiya Hörmüz boğazının blokadası nəticəsində yaranan “enerji çatışmazlığını” aradan qaldırmağa hazırdır: “Rusiya, şübhəsiz ki, Çində və bizimlə bərabər və qarşılıqlı faydalı əsasda işləməkdə maraqlı olan digər ölkələrdə yaranan resurs boşluğunu doldura bilər. Və Rusiya bu barədə dəfələrlə danışıb”.
Onun sözlərinə görə, Moskva və Pekin artıq Yaxın Şərqdəki hadisələrlə bağlı asılılıqdan qaçmaq üçün öz imkanlarından istifadə edirlər.
Bununla bağlı Lavrov bildirib ki, bəzi Avropa rəsmiləri artıq Avropa Komissiyasını Rusiyanın enerji mənbələrindən tamamilə imtina planlarını təxirə salmağa çağırırlar.
P.ƏMİRCANOV
XQ

