Çin lideri Si Cinpin Yaxın Şərqdə sülhün qorunması üçün dörd təklif irəli sürüb. Bu barədə “Sinxua” agentliyi məlumat verib.
Məqalədə deyilir ki, Çin lideri dinc yanaşı yaşama prinsipinə riayət etməyin və Körfəz ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasına, eləcə də regionda davamlı təhlükəsizlik arxitekturasının formalaşdırılmasına kömək etməyin vacibliyini vurğulayıb.
O, həm də regional dövlətlərin milli suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə hörmət etməyin, beynəlxalq hüquqa, inkişaf və təhlükəsizliyin əlaqələndirilməsi prinsipinə riayət etməyin vacibliyini qeyd edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun da Hörmüz boğazında gəmilərin naviqasiya azadlığının bütün dünyanın maraqlarına uyğun olduğunu bildirib. Çin tərəfləri fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb.
P.ƏMİRCANOV
XQ

