“Ukrayna bu müharibənin qurbanıdır”. Bunu Macarıstanın seçkilərində qalib gəlmiş Tisza partiyasının lideri Peter Macar ilk mətbuat konfransında bildirib.
Məlumatı “Euronews” yayıb.
“1994-cü il Budapeşt Memorandumuna əsasən, Ukraynanın öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün tam hüququ var və mənim fikrimcə, hökumətin də öhdəliyi var”, - deyə Macar bəyan edib.
O, Macarıstanın Ukrayna da daxil olmaqla bütün qonşuları ilə konstruktiv münasibətlər qurmağa çalışacağını, dialoqa sadiqliyinin dəyişməz qaldığını qeyd edib: “Bütün qonşularımızla yaxşı münasibətlər qurmaq istəyirik. Macarıstanın Ukrayna ilə bağlı mövqeyini dəyişdirmək niyyətində deyiləm”.
Bununla da o, əvvəlki hökumətə xas olan qarşıdurma ritorikasından uzaq, lakin ardıcıl bir xətt saxlamaq niyyətində olduğunu açıq şəkildə bildirib.
Peter Macar Macarıstanın Ukraynaya silah və əsgər göndərməsini də istisna edib.
P.ƏMİRCANOV
XQ

