Orban Tisza Partiyasının liderini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

post-img

Macarıstanın Baş naziri Viktor Orban səslərin sayılması başa çatmamışdan əvvəl müxalifətdəki Tisza Partiyasının lideri Peter Magyarı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, bu barədə müxalifət partiyasının lideri “Facebook” hesabında paylaşım edib.

“Baş nazir Viktor Orban bizi qələbəmiz münasibətilə telefonla təbrik etdi”, – deyə o bildirib.

Macarıstan Milli Seçki Bürosunun sayılmış səslərin 53,45 faizinə əsasən açıqladığı son nəticələrə görə, Tisza Partiyası ölkə parlamentindəki 199 yerdən 136-sını qazanıb.

Dünya