Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna seçkilər atəşkəsdən sonra deyil, yalnız münaqişə bitdikdən sonra keçirməyə hazır olacaq. Məlumatı RİA Novosti verib.
Zelenski İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Əsl sual budur: seçkiləri nə vaxt keçirə bilərik? Onlar mütləq müharibə bitdikdən sonra keçiriləcək, müvəqqəti atəşkəs dövründə yox”.
2025-ci ilin dekabr ayında ABŞ prezidenti Donald Tramp Ukraynada seçkilərin keçirilməsinin zəruriliyindən danışmış, hətta Zelenskini “seçkisiz diktator” adlandırmışdı. Səlahiyyət müddəti 20 may 2024-cü ildə başa çatmış Zelenski seçkilər keçirməyə hazır olduğunu bildirmiş, lakin ABŞ və Avropa müttəfiqlərindən “təhlükəsizliyini təmin etmələrini” tələb etmişdi.
Zelenski fevral ayında “Axios”a müsahibəsində Ukraynada prezident seçkilərinin referendumla eyni vaxtda keçirilməsinin mümkün olduğunu bildirib. O, həm də səsvermənin atəşkəs şəraitində keçiriləcəyi təqdirdə namizəd ola biləcəyini etiraf edib.
P.ƏMİRCANOV
XQ

