“Washington Post” qəzetinin baş direktoru Uill Lyuis vəzifəsindən istefa verib. O, elektron poçtda “istefa verməyim üçün doğru vaxtdır”, - deyib.
Bir qədər əvvəl “The Washington Post” qəzeti işçilərinin üçdə birini ixtisar etmişdi. Qəzetin baş direktoru bundan sonra özünün də istefa verdiyini açıqlayıb.
Lyuis qəzetin əməkdaşlarına göndərdiyi elektron poçtda istefasını elan edərək iki illik transformasiyadan sonra “kənara çəkilməyin vaxtı çatdığını” qeyd edib. Lyuisin yerinə müvəqqəti olaraq qəzetin baş maliyyə direktoru Ceff D'Onofrio təyin olunub. “The Post” qəzetinin açıqlamasında bildirilib ki, D'Onofrio “dərhal vəzifəsinin icrasına başlayır”.
Qeyd edək ki, çərşənbə günü açıqlanan genişmiqyaslı ixtisarlar nəticəsində qəzetin yüzlərlə jurnalisti işdən çıxarılıb. Qəzet işdən çıxarılanların sayını açıqlamasa da, “The New York Times” 800 jurnalistdən təxminən 300-nün işdən çıxarıldığını bildirib.
P.ƏMİRCANOV
XQ

