Qırğızıstanın paytaxtı Bişkekdə Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üzrə B5+1 forumu işə başlayıb. Məlumatı “Anadolu” verib.
Forum ABŞ Dövlət Departamentinin Mərkəzi Asiyada Biznes Mühitinin Yaxşılaşdırılması (IBECA) proqramının maliyyə dəstəyi, Qırğızıstan Nazirlər Kabineti və ABŞ Ticarət Palatasının Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi (CIPE) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
İki günlük forumda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan hökumət nümayəndə heyətləri, beynəlxalq təşkilatların, ticarət və sənaye palatalarının, biznes assosiasiyalarının nümayəndələri və ekspertlər iştirak ediblər.
Forumun açılışında Qırğızıstan Nazirlər Kabineti sədrinin birinci müavini Daniyar Amangəldiyev ölkəsində enerji təhlükəsizliyi, məhkəmə sistemi və vergi qanunvericiliyi sahəsində aparılan islahatlar barədə danışıb. O, 80 milyondan çox istehlakçı bazarına malik Orta Asiyanın qlobal ticarət və logistika marşrutları üçün mühüm mərkəzə çevrildiyini vurğulayıb.
P.ƏMİRCANOV
XQ

