Türkiyə Qazaxıstanda 79,5 milyon dollarlıq əczaçılıq zavodu tikəcək

post-img

Qazaxıstan Səhiyyə Nazirliyi Türkiyənin “Nobel” şirkəti ilə Qazaxıstanda yeni əczaçılıq məhsullarının istehsalı zavodunun tikintisinə dair böyük investisiya müqaviləsi imzalayıb.

Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Türkiyənin investisiyası 40 milyard tengə (79,5 milyon dollar) təşkil edəcək.

Zavodun tikintisinə 2026-cı ildə başlanılacaq, 17 sosial əhəmiyyətli preparat və 40 adda dərman vasitəsi istehsal ediləcək.

Dünya