Agentlik görüşün yanvar ayında keçirilə biləcəyini iddia edir.
Dekabr ayında Moskvaya səfər edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkov və Amerika liderinin kürəkəni Cared Kuşner tezliklə Rusiya paytaxtına getməyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırırlar.
Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Xəbəri TASS verib.
Onlar görüşün yanvar ayında keçirilə biləcəyini iddia edirlər. Lakin planların hələlik dəqiqləşdirilmədiyi və İrandakı hadisələrə görə vaxtın dəyişdirilə biləcəyi də qeyd olunur.
P.ƏMİRCANOV
XQ

