Bəhreyndə Asiya Parlament Assambleyasının 16-cı plenar iclası keçiriləcə

post-img

Yanvarın 24-dən 28-dək Bəhreyn Krallığının paytaxtı Manamada Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar iclası və İcraiyyə Şurasının iclası keçiriləcək. APA-ya sədrlik Azərbaycandan Bəhreynə keçəcək.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, yanvarın 8-də Bəhreynin Nümayəndələr Şurasında bu böyük parlament tədbiri ilə əlaqədar hazırlıq iclası keçirilib.

Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim əl-Sisi əl-Buayneynin rəhbərliyi ilə baş tutan iclasda APA 16-cı plenar iclasının müxtəlif Asiya ölkələri arasında parlament əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcəyi bildirilib. Bu tədbirə ev sahibliyi üçün hazırlıqlar, təşkilati, texniki və logistika planları müzakirə olunub.

Qeyd edək ki, APA Asiyanın 44 üzv dövlətinin parlamentlərini birləşdirən unikal dialoq platformasıdır. Azərbaycan Milli Məclisi 2024-cü ildən təşkilata sədrlik edir.

Dünya