ABŞ Prezidenti Donald Tramp TruthSocial sosial media platformasında Venesuelanın müvəqqəti hökumətinin ABŞ-a 30-50 milyon barel neft bağışlayacağını açıqlayıb. Məlumatı “Anadolu” verib.
ABŞ prezidenti qeyd edib ki, Venesuelaya hərbi müdaxilədən və nəticədə prezident Nikolas Maduronun həbsindən sonra ölkədə formalaşan müvəqqəti rəhbərlik ABŞ-a 30-50 milyon barel neft tədarük etməyi öhdəsinə götürüb. Sözügedən neft bazar qiymətinə satılacaq və bu vəsaitlər “onun nəzarəti altında olacaq”.
Tramp yazıb: “Bu neft bazar qiymətinə satılacaq və əldə edilən gəlir Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi mənim nəzarətimdə olacaq ki, onun Venesuela xalqının və ABŞ xalqının rifahı üçün istifadə olunmasını təmin edim”.
P.ƏMİRCANOV
XQ

