Fransa Prezidenti Emmanuel Makron Sebastian Lekornunu yenidən baş nazir təyin edib.
XQ “Reuters”-ə istinadla xəbər verir ki, Makronun qərarı prezidentin ən sərt siyasi rəqibləri arasında ciddi narazılıq yaradıb və onlar yeni hökuməti etimadsızlıq səsi ilə devirməyə söz veriblər.
Makron ümid edir ki, Lekornu parçalanmış parlamentdə kifayət qədər dəstək toplaya biləcək və 2026-cı il büdcəsini qəbul etdirəcək. Ölkənin son onilliklərdəki ən ağır siyasi böhranı fonunda Fransa liderinin rəqibləri yeni parlament seçkilərinin keçirilməsini, Makronun istefasını tələb edirlər.
Lekornunun təyinatına ifrat sağçı və radikal sol qüvvələr dərhal kəskin reaksiya verib. İfrat sağçı “Milli Birlik” partiyasının sədri Jordan Bardella öz “X” şəbəkəsində bununla bağlı yazıb: “Emmanuel Makron tərəfindən təyin olunan Lekornu II hökuməti Yelissey sarayında hər zamankından daha çox təcrid olunmuş və xalqdan uzaq qalan bir prezidentin məhsuludur. Bu, pis bir zarafat, demokratik biabırçılıq və Fransa xalqı üçün alçaldıcı bir hadisədir. Sosialistlər və mühafizəkar Respublikaçılar partiyasının rəhbərliyindən isə heç bir açıqlama verilməyib. Hər iki siyasi qüvvə Lekornunun siyasi taleyi üçün həlledici əhəmiyyət daşıyır. Hazırda Lekornunun vəzifəsi bazar ertəsinin sonunadək büdcə layihəsini parlamentə təqdim etməkdir.