Tramp: Rusiya və Ukrayna danışıqlara hazır deyil

post-img

ABŞ Prezidenti Donald Tramp tərəflərin hələ danışıqlara hazır olmamasına baxmayaraq, Rusiya və Ukrayna arasında sülh sazişinin bağlanması üçün səyləri davam etdirmək niyyətində olduğunu bildirib. O, bu barədə sentyabrın 4-də CBS News- a müsahibəsində deyib.

Məlumatı “İzvestiya.ru” verib. 

“Nəsə baş verməlidir, lakin onlar hələ hazır deyillər. Biz bunu edəcəyik, həllə nail olacağıq”, - Tramp bildirib.

O vurğulayıb ki, ən yaxşı yanaşma liderlərin bir otağa salınıb birbaşa danışıqlar aparmasıdır.

P.ƏMİRCANOV
XQ

Dünya