Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək

post-img

Avqustun 12-də Gürcüstan Prezidenti Mixeil Kavelaşvili dövlət başçısı seçildikdən sonra ilk dəfə olaraq Türkiyəyə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, M. Kavelaşvilinin ikigünlük səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil olunub. Rəsmi Ankara Türkiyənin strateji tərəfdaşı olan Gürcüstanla əməkdaşlığın hərtərəfli dərinləşdirilməsinə hazır olduğunu bəyan edib.

Yüksəksəviyyəli danışıqların gündəliyində regional və qlobal məsələlər də yer alıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya