İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi təsdiqləyib ki, İran və üç Avropa ölkəsi - İngiltərə, Fransa və Almaniya arasında nüvə danışıqlarının yeni mərhələsi iyulun 25-də İstanbulda keçiriləcək.
Məlumatı “Anadolu” verib.
Baqayinin sözlərinə görə, İran Avropa tərəfinin tələbi ilə danışıqlara razılıq verib. Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. İran tərəfdən danışıqlarda xarici işlər nazirlərinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi iştirak edəcəklər.
Bundan əvvəl İran dövlət televiziyası cümə günü, iyulun 25-də İstanbulda İran, İngiltərə, Fransa və Almaniya nümayəndələri arasında görüşün keçiriləcəyini bildirmişdi. Tərəflər 2015-ci ildə bağlanmış nüvə sazişinin yenilənməsi perspektivlərini müzakirə edəcəklər.
P.ƏMİRCANOV
XQ