Avstriyalı qatilin erməni kökləri olduğu ortaya çıxdı

post-img

Avstriyanın Qrats şəhərində polis məktəbdə atəş açan şəxsin kimliyini müəyyən edib. Onun 21 yaşlı Artur A. olduğu vurğulanır. Bu barədə "Kronen Zeitung" xəbər verir.

Gənc anası ilə yaşayıb. Hücumdan əvvəl o, anası üçün videomüraciət yazıb və həmin mesajda hərəkətlərinə görə üzr istəyib və qayğısına görə ona təşəkkür edib. Qadın mesajı göndərildikdən 24 dəqiqə sonra görüb.

Nəşrin yazdığına görə, Artur ata tərəfində erməni kökləri olub. O, vida məktubunda sinif yoldaşları tərəfindən zorakılığa məruz qaldığını bildirib və məktəb rəhbərliyini hərəkətsizlikdə günahlandırıb. Gənc pişiyi ilə bağlı narahatlığını da dilə gətirib, yaxınlarından ona baxmasını xahiş edib.

Xatırladaq ki, Qrats məktəbində atışma iyunun 10-da baş verib. Hücum edən şəxs təhsil müəssisəsinə tapança və uzun lüləli silahla gəlib. Hücum nəticəsində 10 nəfər ölüb, 28 nəfər yaralanıb. Həlak olanlar arasında tələbələr və bir böyüklər də var. Hücumdan sonra Artur A. intihar edib.

Faciə ilə əlaqədar Avstriyada üç günlük milli matəm elan edilib.

S.ELAY

XQ

Dünya