ABŞ dövlət katibi Ukrayna, Suriya və Qəzzanı müzakirə edib

post-img

ABŞ-ın dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb. Məlumatı “Anadolu” verib. 

Tərəflər Rusiya və Ukrayna arasındakı danışıqları, Suriyadakı vəziyyəti və Qəzza zolağında baş verənləri müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin məlumatına görə, söhbətdə Suriyada sabitliyin əldə edilməsi ilə bağlı məsələlər və Rusiya-Ukrayna münaqişəsi kontekstində mövcud diplomatik səylər müzakirə olunub.

Qəzzada humanitar vəziyyətə xüsusi diqqət yetirilib.

P.ƏMİRCANOV
XQ

Dünya