Fidan Lemmi ilə telefon danışığı aparıb

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan britaniyalı həmkarı Devid Lammi ilə telefon danışığı aparıb.

Məlumatı “Anadolu” yayıb. 

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, söhbət zamanı ikitərəfli münasibətlər, eləcə də Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün atılan addımlar dəyərləndirilib.

Bundan əlavə, Suriyadakı son hadisələr, Pakistan və Hindistan arasındakı vəziyyət və digər regional məsələlər müzakirə edilib.

P.ƏMİRCANOV
XQ

Dünya