ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələyir

post-img

Rusiya prezidenti Vladimir Putin danışıqlar masasına oturmağa razılıq verməsə, ABŞ və Avropa tərəfindən “tədbirlər görüləcəyinə” hazır olmalıdır. Sueddeutsche Zeitung yazır ki, bu barədə dövlət katibi Marko Rubio Almaniyanın xarici işlər naziri Yohan Vadeful görüşdən sonra bildirib.

Nəşr yazıb ki, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ilk səfərini ABŞ-a edib və orada dövlət katibi Rubio ilə görüşüb. Vadefulun bu səfəri həm də Almaniya kansleri Fridrix Mertsin Vaşinqtona səfərinə hazırlıq məqsədi daşıyırdı.

Digər məsələlərlə yanaşı, Vadeful və Rubio arasında danışıqların mövzusu Ukraynadakı müharibəyə son qoymaq idi. Almaniyalı nazir deyib ki, “dərhal atəşkəs haqqında razılaşma var” və Ukrayna buna hazırdır, Rusiya isə yox.

“Buna görə də biz bu gün razılaşdıq ki, biz növbəti addımları yaxından əlaqələndirəcəyik ki, Putin nəhayət danışıqlar masasına əyləşə bilsin”, - Vadeful bildirib.

O, Rubionun onunla söhbətində "Putin bundan imtina etsə, tədbirlər görüləcək" və Rusiya prezidenti "bunun üçün hazır olmalıdır" sözlərini sitat gətirib.

S.ELAY

XQ

Dünya