Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə dərc olunan təbrik mesajında Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın sarsılmazlığı vurğulanıb. Ümummilli Lider Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamından sitat gətirilir.
Təbrik mesajı “Yaşasın dostluq, yaşasın qardaşlıq!” sözləri ilə bitir.
Qeyd edək ki, Türkiyə hökumətinin üzvləri, o cümlədən milli təhsil naziri Yusuf Tekin, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da ölkəmizə təbrik mesajları ünvanlayıblar.
Aparıcı siyasi partiyaların, ayrı-ayrı strukturların və təşkilatların nümayəndələri də Azərbaycan rəhbərliyini və xalqını təbrik ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara