Beynəlxalq reytinq agentliyi Moody's ABŞ-ın kredit reytinqini milli borcun qeyri-davamlı dinamikasını əsas gətirərək ən yüksək səviyyədən Aaa səviyyəsindən Aa1-ə endirib. Eyni zamanda, proqnoz “mənfi”dən “stabil”ə dəyişdirilib.
Agentlik qeyd edib ki, “ABŞ administrasiyası və Konqresi kəsir və faiz xərclərinin artımının gedişatını dəyişdirə biləcək tədbirlərlə bağlı razılığa gələ bilməyib”.
Moody's-ə görə, 2024-cü ildəki 98%-lə müqayisədə 2035-ci ilə qədər ABŞ-ın dövlət borcu ÜDM-in 134%-nə çatacaq. 2024-cü ilin noyabrında o, yeni tarixi maksimumu təyin edərək 36 trilyon dolları keçib. 2023-cü ildə borc tavanı 2025-ci ilin yanvar ayına qədər müvəqqəti olaraq qaldırılıb və bu, Maliyyə Nazirliyinə maneəsiz borclanmanı artırmağa imkan verib.
Konqresin Büdcə Ofisi borcun 2029-cu ilə qədər İkinci Dünya Müharibəsi səviyyəsinə çata biləcəyini və 2055-ci ilə qədər ÜDM-in 156%-nə yüksələ biləcəyini proqnozlaşdırır.
S.ELAY
XQ