Rubio: NATO ölkələri 10 il ərzində müdafiə xərclərini 5 faiz artıracaq

post-img

ABŞ dövlət katibi Marko Rubio “Fox News”-a bildirib ki, bütün NATO ölkələri qarşıdakı on il ərzində müdafiə xərclərini ÜDM-in 5%-ən çatdırmağa razı olacaqlar. Məlumatı “Kommersant” verib. 

Onun sözlərinə görə, NATO-nun Haaqada keçiriləcək yay sammitinə qədər (24-25 iyun) bütün alyans ölkələri müdafiə xərclərini ÜDM-in 2%-i və ya daha çox, bəziləri isə 4%-i həcmində ödəyəcək.

Daha əvvəl “Reuters” mənbələrə istinadən yazıb ki, NATO-nun baş katibi Mark Rutte blokun üzvlərinə hərbi xərclərin ümumi daxili məhsulun 5%-nə qədər artırılması planını təklif edib. Plan müdafiə xərclərinin 3,5%-ə, təhlükəsizliklə bağlı digər xərclərin isə 1,5%-ə qədər artırılmasını nəzərdə tutur.

P.ƏMİRCANOV
XQ

Dünya