Rusiya nümayəndə heyəti artıq İstanbuldadır

post-img

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün artıq İstanbula gəlib. Məlumatı “Anadolu” verib.  

Nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarə rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

TASS-a görüşün təşkili ilə tanış olan mənbə bildirib ki, danışıqlar üç il əvvəl olduğu yerdə baş tutacaq.

Qeyd edək ki, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri tərəflər onu həll etmək üçün bir neçə dəfə cəhd ediblər. Danışıqların ilk üç raundu Belarusda - fevralın 28-də Qomeldə, martın 3-də və 7-də Brestdə keçirilib, lakin əsas məsələlər üzrə razılığa gəlmək mümkün olmayıb.

2022-ci il martın 10-da Antalyada Diplomatik Forum çərçivəsində Rusiya və Ukrayna Xarici İşlər nazirlikləri rəhbərlərinin görüşü baş tutdu, lakin bu, heç bir irəliləyiş gətirib çıxarmayıb.

P.ƏMİRCANOV
XQ

Dünya