Böyük Britaniyanın Müdafiə Nazirliyi Yəməndəki husi üsyançılarına məxsus pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavoda hava zərbəsi endirildiyini təsdiqləyib.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, zərbələr aprelin 29-da axşam saatlarında həyata keçirilib və üsyançıların pilotsuz aparatlar hazırladığı obyektlər hədəfə alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, bu əməliyyat ABŞ qüvvələri ilə birgə həyata keçirilib və Qırmızı dəniz və Ədən körfəzindəki ticarət gəmilərinə qarşı yönəlmiş bir sıra hücumlara cavab olaraq icra edilib. Əməliyyat zamanı Britaniyanın “Typhoon FGR4” döyüş təyyarələri “Paveway IV” tipli dəqiq idarə olunan bombalardan istifadə edərək obyektləri məhv edib.
Qeyd edək ki, bu, Donald Trampın ABŞ prezidenti kimi yenidən seçilməsindən sonra baş tutan ilk hərbi kampaniya çərçivəsində həyata keçirilən zərbələrdir.
Müdafiə Nazirliyi bildirib ki, zərbələr nəticəsində mülki şəxslərə və ya hərbi obyekt olmayan infrastrukturun zərər görməməsi üçün çox dəqiq planlaşdırma aparılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London