Aprelin 24-də Çin orbitə göyərtəsində üç astronavtla birlikdə “Shenzhou-20” idarə olunan kosmik gəmi göndərəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, buraxılış ölkənin şimal-qərbindəki Jiuquan peyk mərkəzindən “Long March 2F” daşıyıcı raketindən istifadə etməklə həyata keçiriləcək. Ekipajda iki dəfə kosmosda olmuş komandir Çen Donq və kosmonavtlar Çen Çjonqrui və Vanq Jie var.
“Shenzhou-20” “Tiangong” orbital stansiyası ilə birləşəcək. Stansiya yer səthindən təxminən 400 km yüksəklikdə yerləşir və çəkisi 66 tondur. Onun bölmələrinin həcmi 110 kubmetrə çatır. “Tiangong” 2022-ci ildə fəaliyyətə başlayıb və 2032-ci ildə istismardan çıxarılacaq.