İranın xarici işlər naziri Rusiya Prezidentinə Ali Rəhbərin məktubunu çatdıra bilər

post-img

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçi vasitəsilə İranın Ali Rəhbəri Əli Xameneidən mesaj ala biləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, iranlı nazir mesajı bilavasitə Rusiya dövlətinin başçısına çatdırmaq imkanı əldə edəcək.

D.Peskov bildirib ki, aprelin 17-də iranlı nazir Rusiya Xarici İşlər Nazirliyinin xətti ilə danışıqlar aparacaq. Moskvaya gələn Araqçi isə bundan əvvəl bildirmişdi ki, səfərinin əsas məqsədi həmin mesajın çatdırılmasıdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya