Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynada hərbi vəziyyət müddətinin uzadılması haqqında” və “Ümumi səfərbərliyin keçirilmə müddətinin uzadılması haqqında” qanun layihələrini Ali Radaya təqdim edib.
AZƏRTAC xəbər verir ki, sənədlərə əsasən, hərbi vəziyyət və səfərbərlik 9 may 2025-ci il tarixindən 90 gün olmaqla avqustun 6-na kimi uzadılacaq.
Zelenski Ali Radaya Prezidentin hərbi vəziyyət və səfərbərlik müddətinin uzadılması haqqında fərmanlarını təsdiq etməyi təklif edir.
Qeyd edək ki, Ali Rada Prezidentin hərbi vəziyyət və səfərbərlik haqqında fərmanlarını 2022-ci il fevralın 24-də 30 günlük müddətə təsdiq edib. Bundan sonra müddət hər dəfə - əvvəl bir ay, 2022-ci ilin mayından isə üç ay müddətinə uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev