İtaliyanın baş naziri Giorgia Meloni 16-17 aprel tarixlərində ABŞ-a səfər edərək, tarif siyasətini müzakirə etmək üçün prezident Donald Trampla görüşmək niyyətindədir. Bu barədə bazar ertəsi, aprelin 7-də I”l Foglio” məlumat yayıb.
Məqalədə deyilir: “Baş nazir Trampla tariflərlə bağlı danışıqlar aparmaq üçün Ağ Evdə qəbul oluna bilər. Tarix hələ təsdiqlənməyib, lakin İtaliya diplomatiyası səfəri təşkil etməyə çalışır”.
Eyni zamanda, nəşrin məlumatına görə, ABŞ-ın vitse-prezidenti C.D.Vens aprelin 18-dən 20-dək İtaliyaya rəsmi səfərə gələcək. Səfər “Vaşinqtonun həm Romaya, həm də bütövlükdə Avropaya münasibətdə mövqeyini aydınlaşdırmaq” məqsədi daşıyır.
Bu, Trampın ikinci prezidentlik dğvrü başlayandan bəri Meloninin Ağ Evə ilk səfəri olacaq. O, yanvarın 20-də Trampın andiçmə mərasimi üçün ABŞ-da olub və onun Mar-a-Laqodakı iqamətgahını ziyarət edib.
İtaliya hökumətinin başçısı tariflərin qarşıdurmasına qarşıdır. O hesab edir ki, ABŞ-ın tariflərindən təsirlənən Avropa ölkələri problemin simmetrik tədbirlərdən çox dialoq yolu ilə həllini axtarmalıdır.
P.ƏMİRCANOV
XQ