ÜST rəhbəri hesab edir ki, yeni pandemiya qaçılmazdır

post-img

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, dünya gec-tez yeni pandemiya ilə üzləşəcək. Onun sözlərinə görə, bu, “nəzəri risk deyil, epidemioloji əminlikdir”.

O, bu məsələni pandemiyanın qarşısının alınmasına dair saziş hazırlayan Hökumətlərarası Danışıqlar Orqanının 13-cü sessiyasında qaldırıb. Cənab Qebreyesus xatırladıb ki, koronavirus pandemiyası zamanı dünyada rəsmi olaraq 7 milyon insan dünyasını dəyişib, amma ÜST qurbanların sayının 20 milyon olduğunu düşünür. Təşkilat rəhbəri, həmçinin qeyd edib ki, pandemiya “qlobal iqtisadiyyatda 10 trilyon dollardan çox vəsaiti məhv edib”.

Növbəti pandemiyanın "20 il və ya daha çox müddətdə, bəlkə də sabah" başlaya biləcəyinə əmindir: "Ancaq bu, baş verəcək və hər halda hazır olmalıyıq" .(TASS)

2021-ci ilin dekabrından pandemiya ilə mübarizə üzrə saziş üzərində iş aparılır. ÜST rəhbəri dünya ölkələrini sənədin imzalanmasında iştirak göstərməyə çağırıb.

S.ELAY

XQ

Dünya