Avropa Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır

post-img

Aİ ölkələri 17-ci anti-Rusiya sanksiyalar paketini hazırlayır. Bu barədə EUObserver avropalı diplomatlara istinadən yazır.

Mənbənin sözlərinə görə, proses başlasa da, ilkin mərhələdədir.

"Xarici İşlər Nazirliyi və Aİ Komissiyası bununla bağlı işləyir... təkliflər yəqin ki, yayın əvvəlində təqdim olunacaq", - diplomatlardan biri deyib.

Başqa bir mənbə qeyd edib ki, yeni sanksiyalar paketinin hazırlanması daha uzun çəkə bilər. EUObserver-in həmsöhbəti Ukraynada atəşkəs prosesini izləməyə çağırıb.

Martın 13-də Avropa Komissiyasının nümayəndəsi Anitta Hipper təsdiqləyib ki, Avropa ölkələri Rusiya üçün məhdudiyyətlərin uzadılmasını müzakirə edir və heç kim onları yumşaltmaq niyyətində deyil. Belə olan halda bütün Avropa İttifaqının razılığı ilə məsələyə baxıla bilər.

Aİ Rusiyaya qarşı sonuncu sanksiyaları fevralın 24-də tətbiq edib. Buraya bank sektoru, metallurgiya və logistika daxildir. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyi də planlaşdırmır. Eyni zamanda, Reuters yazır ki, Moskva atəşkəslə razılaşarsa, Vaşinqtonun sanksiyalar siyasətində dəyişiklik mümkündür.

S.ELAY

XQ

Dünya