Avropa İttifaqı və tərəfdaşları Suriya və qonşu ölkələrə 5,8 milyard avro yardım elan ayıracağını edib. Bu məbləğin 4,2 milyardı qrant, 1,6 milyardı isə kreditlər olacaq.
XQ Caliber.az-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali komissarı Kaya Kallas sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Bu, kritik keçid dövründə Suriyaya dəstək olacaq və ciddi ehtiyacları yerindəcə həll edəcək. Bu, Suriya xalqı üçün anı dəyərləndirmək və öz müqəddəratını təyin etmək üçün bir şansdır”, - Kallas yazıb.
P.ƏMİRCANOV
XQ