Tramp: “ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə demək olar ki, bərpa edib

post-img

Amerika prezidenti qeyd edib ki, martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlardan müsbət nəticələr gözləyir.

Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini “demək olar ki,” bərpa edib və Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlardan müsbət nəticələr gözləyir. Reuters xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp martın 9-da “Air Force One” təyyarəsində jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində “fasiləni” aradan qaldırmağa yaxındır.

Kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsinin qarşısının açılıb-açılmayacağı ilə bağlı sualı cavablandırarkən o, “Biz demək olar bərp etmişik” deyib.

Agentlik yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff Ukrayna  prezidenti Vladimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarının aparılmasında Trampla əməkdaşlıq etməsi üçün təzyiqin bir hissəsi olaraq Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırdığını deyib.

Eyni zamanda Tramp qeyd edib ki, martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlardan müsbət nəticələr gözləyir. Amerika lideri Ukraynanın müharibəni dayandırmaq üçün Rusiyanın xeyrinə maddi güzəştlərə getməyə hazır olub-olmadığını müəyyən etmək istəyir.

İnanıram ki, bu həftə mühüm irəliləyiş əldə edəcəyik”, - deyə o bildirib.

S.ELAY

XQ

 

Dünya