Avrozonada inflyasiya göstəricisi geriləyib

post-img

Fevral ayında Avrozonada inflyasiya səviyyəsi 2,4 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozonada yanvarda 2,5 faiz olan inflyasiya göstəricisi ötən ay 2,4 faizə enib.

Fevralda Avrozonada istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,5 faiz artıb. Bazar proqnozları fevral ayında inflyasiya səviyyəsinin 2,3 faiz olacağı idi.

Ən yüksək qiymət artımı 3,7 faizlə xidmətlər sektorunda müşahidə olunub. Qida, spirtli içkilər və tütün məmulatlarının qiyməti 2,7 faiz, qeyri-enerji sənayesi məhsulları 0,6 faiz, enerji məhsullarının qiyməti isə 0,2 faiz artıb.

Ötən ay İtaliyada inflyasiya göstəricisi 1,7 faiz təşkil edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Dünya