Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko fevralın 26-27-də Türkiyədə rəsmi səfərdə olacaq, burada ölkə rəhbərliyi və türk parlamentariləri ilə görüşlər keçirəcək. Bu barədə Federasiya Şurasının mətbuat xidməti xəbər verir.
“Səfər proqramına ölkə rəhbərliyi və türk millət vəkilləri ilə görüşlər daxildir. Danışıqlar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla aparılacaq. Senatorların Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında iştirakı planlaşdırılır”, - mətbuat xidmətindən bildirilib.
Nümayəndə heyətinin tərkibinə Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev, beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov, həmçinin Federasiya Şurasının federal struktur, regional siyasət, yerli idarəetmə və şimal məsələləri üzrə komitəsinin üzvü, Ali Milli Assambleya ilə əməkdaşlıq üzrə qrupun üzvü Nadejda Ilina daxildir.
P.ƏMİRCANOV
XQ