Vaşinqton Rusiyanın dondurulmuş aktivlərini müzakirə edə bilər

post-img

Əgər Ukraynadakı vəziyyət həll olunarsa, Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş aktivlərini, eləcə də təsirə məruz qalan ABŞ şirkətlərini müzakirə etmək niyyətindədir. Bu barədə ABŞ dövlət katibi Marko Rubio Breitbart News-a müsahibəsində bildirib.

Məlumatı “İnterfaks.ru” verib. 

“Birgə işləmək imkanları var və bu, təkcə avropalılar, ABŞ və ya hər kəs tərəfindən dondurulmuş Rusiya aktivlərinin deyil, həm də zərər çəkmiş Amerika şirkətlərinin müzakirəsini əhatə edəcək. Beləliklə, bu, münasibətlərimizi necə bərpa etmək barədə daha geniş söhbətin bir hissəsi olacaq”, - Rubio deyib.

Bununla belə, o qeyd edib ki, bu barədə danışmaq hələ tezdir, bu cür danışıqlar Ukrayna münaqişəsində davamlı atəşkəs əldə edildikdə mümkün olacaq.

Bu arada Rubio bildirib ki, ABŞ Moskvada Amerika səfirliyinin işini qurmağı planlaşdırır: “İlk addım səfirliklərimizi işlək vəziyyətə gətirməkdir. Hazırda Moskvadakı səfirliyimiz praktiki olaraq fəaliyyət göstərmir”.

 

P.ƏMİRCANOV

XQ

Dünya