Tramp ehtimal ki, cümə günü Zelenski ilə görüşərək sazişi imzalayacaq

post-img

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin fevralın 28-i cümə günü üzbəüz görüş üçün Vaşinqtona gələcəyini deyib. Onun sözlərinə görə, danışıqlar zamanı faydalı qazıntıların çıxarılmasına dair saziş imzalana bilər.

Bunu Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı deyib.

"Eşitdim ki, o (Zelenski - red.) cümə günü (fevralın 28-i - red.) gələcək. Təbii ki, istəsə, mən bunun əleyhinə deyiləm. Əgər mənimlə birlikdə imzalamaq istəyirsə - buyursun".

"Mən başa düşürəm ki, bu, böyük bir işdir, çox böyük bir işdir... bəlkə də trilyon dollarlıq sövdələşmədir. Bu, hər şey ola bilər, çünki biz nadir metallardan və digər ehtiyatlardan danışırıq".

Tramp xərclənən vəsaiti qaytarmaq istəyini də qeyd edib.

"Biz vəsaitlərimizin qorunmasını istəyirik, bu pulu geri istəyirik. Müharibə baş verməməli idi, amma baş verdi və indi biz bunu həll etməliyik. Amerikalı vergi ödəyiciləri nəhayət pullarını geri alacaqlar".

Jurnalistin Ukraynanın bunun müqabilində nə alacağı sualına Tramp cavab verib ki, bu, “350 milyard dollardır və döyüşü davam etdirmək hüququdur”.

“350 milyard dollarlıq çoxlu texnika və hərbi texnika və döyüşmək hüququ, ilk növbədə döyüşmək hüququdur". 

"Qulaq asın, Ukrayna... Mən sizə deyim - çox cəsurdurlar, yaxşı əsgərdirlər, amma ABŞ, pulumuz və hərbi texnikamız olmasaydı, bu müharibə çox tez bitərdi”.

Medianın Tramp razılığa gəldikdən sonra Ukrayna prezidentinin danışıqlar prosesində daha aktiv rol görüb-görməməsi ilə bağlı sualına o, “ümid edirəm” cavabını verib.

“Biz Ukraynanı ayağa qaldırmaq istəyirik”, - Tramp əlavə edib.

Ukrayna hökumətindən hələ ki, rəsmi təsdiq yoxdur.

S.ELAY

XQ

 

 

Dünya