Almaniya kansleri olan Fridrix Merts Avropaya ABŞ-dan “əsl müstəqillik” qazanmağa kömək edəcəyinə söz verib.
"Reuters" yazır ki, bu məqsədə çatmaq üçün Merts ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının seçkilərdə ikinci yeri tutmasından sonra çətin və uzun sürən koalisiya danışıqları aparmalı olacaq.
Agentlik yazır ki, Avropanın ən böyük iqtisadiyyatının ağır vəziyyətdə olduğu, cəmiyyətin miqrasiya məsələsində fikir ayrılığının olduğu, təhlükəsizliyinin ABŞ və Rusiyadan asılı olduğu bir vaxtda Merts kansler olacaq.
"Biz hər iki tərəfdən o qədər böyük təzyiq altındayıq ki, mənim indi mütləq prioritetim Avropada birliyə nail olmaqdır. Avropada birlik yaratmaq mümkündür", - o deyib.
S.ELAY
XQ