Belə bir tələb olunarsa və hökumət razılaşarsa, İsveçrə Ukraynada gələcək sülhməramlı missiya üçün qoşun təqdim etməyə hazırdır. Reuters xəbər verir ki, bunu İsveçrə silahlı qüvvələrinin komandanı Tomas Suesli bildirib.
"Biz yəqin ki, 9-12 ay ərzində 200-ə yaxın əsgəri göndərə bilərik",- Suessli deyib.
O qeyd edib ki, sülhməramlıların göndərilməsi ilə bağlı müzakirələr hələlik sırf hipotetikdir, çünki Rusiya ilə Ukrayna arasında vəziyyətin necə inkişaf edəcəyi bəlli deyil.
Tomas Sueslinin sözlərinə görə, “hələlik sülh yoxdur və Birləşmiş Millətlər Təşkilatından heç bir tələb olmayıb.
Neytral İsveçrə bütün dünyada bir neçə sülhməramlı missiyada iştirak edir, onların ən böyüyü Kosovodadır və burada onun əsgərləri NATO-nun Kosovo Qüvvələrinə (KFOR) dəstək üçün yerləşdirilib.
S.ELAY
XQ