ABŞ Ukraynaya silah satışını dayandırıb?

post-img

ABŞ Ukraynaya silah satışını dayandırıb. Bunu Ukrayna Ali Radasının müdafiə komitəsinin rəhbəri Roman Kostenko “Tema s Moseyçuk” layihəsinin efirində deyib. Məlumatı “Anadolu” verib. 

“Məndə olan məlumata görə, satışa çıxarılan silahların tədarükü dayanıb. Bu silahları təhvil verməli olan şirkətlər indi gözləyirlər, çünki qərar yoxdur”, - deyə ukraynalı siyasətçi bildirib.

O qeyd edib ki, bu qərarın səbəbləri hələlik məlum deyil, ABŞ şirkətləri icazə gözləyir: “Və hamı gözləyir ki, heç olmasa pulla burada silah tədarükü barədə qərar olacaq”, - Kostenko əlavə edib.

Ancaq Ali Radanın deputatı Oleksandra Ustinova “Qolos” fraksiyasından olan həmkarı Roman Kostenkonun ABŞ-ın Ukraynaya silah satışını dayandırması ilə bağlı bəyanatını təkzib edib. Bu barədə o, Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ Ukraynaya silah satışını dayandırmayıb. O, medianı məlumatı dərc etməzdən əvvəl yoxlamağa çağırıb. "Hazırda çox, çox çətin vaxtlarda yaşayırıq, atəşə yanacaq əlavə etməyin mənası yoxdur",- deputat əlavə edib.

P.ƏMİRCANOV
XQ

Dünya