Lavrov: Rusiya-ABŞ münasibətləri “uçurumun astanasından” çıxıb

post-img

Rusiya ilə ABŞ arasında münasibətlərdə “pozitiv atmosfer” yaranıb və tərəflərin niyyətləri “düzgündür”. Bunu RF XİN başçısı Sergey Lavrov deyib. O, həmçinin Trampı Moskvanın Ukrayna və NATO ilə bağlı mövqeyini anlayan ilk Qərb lideri adlandırıb. Məlumatı RİA Novosti verib. 

Lavrov deyib ki, Moskva və Vaşinqton “uçurumun astanasından uzaqlaşmağa başlayıblar” və ikitərəfli münasibətlərdə “pozitiv atmosfer” yaranıb: “Biz münasibətlərimizə Bayden administrasiyasının rəhbərlik etdiyi uçurumun astanasından uzaqlaşmağa başlamışıq, lakin bu, yalnız ilk addımlardır”.

O, hazırkı atmosferi “pozitiv”, tərəflərin niyyətlərini isə “doğru” adlandırıb və “görüşmək, dinləmək və eşitmək, reallığa uyğun qərarlar qəbul etmək” zərurətini bəyan edib. Onun sözlərinə görə, ABŞ Rusiya ilə “qarşılıqlı faydalı layihələrin” həyata keçirilməsində “süni maneələrin” aradan qaldırılmasında maraqlı olduğunu nümayiş etdirib.

Lavrov hesab edir ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin əsas səbəbinin onun “NATO- ya daxil olması” olduğunu etiraf edən ilk Qərb lideri olub: “Bu, artıq Rusiya Prezidenti Vladimir Putinin onunla telefon danışığında bizim üçün vacib olanın Ukraynanın yenidən silahlanmasına və ölkəmizə qarşı yenidən hücumuna imkan verəcək atəşkəs deyil, uzunmüddətli davamlı sülh olduğunu anlatmaq idi”.

Fevralın 18-də ABŞ və Rusiyanın yüksək rütbəli rəsmiləri Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk dəfə Ər-Riyadda danışıqlar aparıblar. 

 

P.ƏMİRCANOV

XQ

Dünya