Türkiyə Prezidenti Pakistana səfər edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Pakistana səfər edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə liderini İslamabad aeroportunda Pakistan Prezidenti Asif Ali Zerdari, Baş nazir Şahbaz Şərif və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə Prezidentini nazirlər, yüksək vəzifəli dövlət rəsmiləri və korporativ rəhbərlərdən ibarət yüksək səviyyəli nümayəndə heyəti müşayiət edib. Səfər zamanı dövlət rəhbərləri Pakistan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci sessiyasına həmsədrlik edəcəklər.

Sessiyanın sonunda Birgə Bəyannamənin və bir sıra mühüm sazişlərin, memorandumların imzalanması gözlənilir. Hər iki lider, həmçinin mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Dünya