Rumıniyanın Prezidenti Klaus İohannis istefa verib

post-img

Rumıniyanın Prezidenti Klaus İohannis istefa verib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Klaus İohannis səlahiyyətlərini dövlət başçısı vəzifəsinin müvəqqəti icraçısı İlie Bolojana təhvil verib. Mərasim Rumıniya dövlət başçısının iqamətgahı olan Kotroçen sarayının parkında keçirilib.

2014-cü ildən Rumıniya prezidenti vəzifəsini icra edən İohannis fevralın 10-da “Rumıniya və Rumıniya vətəndaşlarını böhrandan xilas etmək üçün” istefa verdiyini açıqlayıb.

Prezident seçkiləri mayın 4-ü keçiriləcək.

Dünya