Konstantinos Tasulas Yunanıstanın yeni prezidenti seçilib. O, ölkə parlamentinin sabiq sədri, Yeni Demokratiya Partiyasının deputatı olub.
AZƏRTAC xəbər verir ki, səsvermədə 300 deputatdan cəmi 276-sı iştirak edib. Tasulas 160 səs qazanıb.
Qeyd edilib ki, Tasulas 13 martdan etibarən vəzifəsinin icrasına başlayacaq və andiçmə mərasimi həmin gün baş tutacaq.