Ərdoğan və Makron qlobal məsələləri müzakirə ediblər

post-img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Məlumatı “Anadolu” verib. 

Bu barədə Prezident Administrasiyasının Kommunikasiya şöbəsindən məlumat verilib. Söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan iki ölkə arasında dialoqun genişləndirilməsinin əlaqələrin inkişafına müsbət töhfə verəcəyini bildirib. Türkiyə və Fransa bir çox sahələrdə, xüsusilə müdafiə sənayesində əməkdaşlıq potensialına malikdir.

Türkiyə prezidenti qeyd edib ki, Avropa İttifaqı tərəfindən Suriyaya qarşı sanksiyaların dayandırılması çox düzgün addım olardı və yeni dövrdə onların tamamilə aradan qaldırılması vacibdir. Onun sözlərinə görə, Türkiyə Suriyaya fasiləsiz dəstəyini davam etdirəcək.

Prezident Ərdoğan HƏMAS ilə İsrail arasında atəşkəsin qorunub saxlanmalı və problemin uzunmüddətli həlli istiqamətində işlərə başlanılmalı olduğu fikrini ifadə edib.

P.ƏMİRCANOV
XQ

Dünya