Serbiya ABŞ-dan NIS şirkətinə qarşı olan sanksiyaları təxirə salmasını istəyir

post-img

Serbiya “Naftna Industrija Srbije” (NIS) neft şirkətinə qarşı sanksiyaların 90 gün müddətinə təxirə salınması üçün ABŞ-a sorğu göndərib.

AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç deyib.

“Biz sanksiyaların ən azı 90 gün təxirə salınmasını istəyirik. Bununla bağlı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) rəsmi sorğu göndərilib. Bu tələb Serbiya və Macarıstan hökumətləri tərəfindən dəstəklənib”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atılıb.

Serbiya hökuməti 2008-ci ildə NIS şirkətini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Dünya