Hökumət Hindistanın şimalındakı Uttar Pradeş ştatında hindu festivalı zamanı baş verən izdiham nəticəsində azı 30 nəfərin öldüyünü, 60 nəfərin yaralandığını təsdiqləyib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ölənlərdən 25-nin şəxsiyyəti müəyyən edilib.
Polis rəsmisi bildirib ki, yaralananların 36-sı yerli xəstəxanada müalicə olunur.
Qeyd edək ki, 2013-cü ildə eyni festival zamanı Prayagrajda qatar stansiyasında yaranan izdihamda 40 zəvvar həlak olmuşdu.